"Ay-Ulduz" medalı — 7 iyul 1992-ci ildən 6 fevral 1998-ci ilə qədər Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı.
"Ay-Ulduz" medalı | |
---|---|
"Ay-Ulduz" medalı | |
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Kimə verilir | |
Status | təqdim olunmur |
Statistika | |
Təsis tarixi | 7 iyul 1992-ci il |
Ardıcıllıq | |
Aşağı mükafat | yoxdur |
Müvafiqdir | heç biri |
"Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir[1].
"Ay-Ulduz" medalı aypara və səkkizguşəli ulduzdan ibarətdir, üz tərəfində ikitilli hamar şüalar təsvir edilmişdir.
Arxa tərəfin səthi hamardır və kontur üzrə qabarıq nazik sağanaqla əhatələnmişdir.
Arxa tərəfdə medalın mərkəzində qabarıq hərflərlə yazılmışdır: "Azərbaycanın Milli Qəhrəmanı". Yuxarıdakı şüada medalın 1 mm hündürlüyündə nömrəsi göstərilmişdir.
Medal ilgək və halqa ilə zərli metal qəlibə birləşir. Qəlib hündürlüyü 20 mm, eni 26 mm olan beşbucaqlı lövhəcikdən ibarətdir, lövhəcik perimetr üzrə haşiyələnmişdir.
Qəlibin oturacağı boyunca kəsiklər açılmışdır, onun iç hissəsinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun olan üçrəngli xara çəkilmişdir.
Qəlibin arxa tərəfində medalı paltara bərkitmək üçün yivli çiv və somun vardır.
Medal qızıldandır, çəkisi 21,5 qramdır.
— "Ay-Ulduz" medalının TƏSVİRİ[1]
"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir[2].